XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2016 - 09:47

Müsəlman ölkələri Qarabağı xilasedə bilərmi?

 

qarabaq

Aprelin 14-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Təmas Qrupu yaradılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu İƏT-in 13-cü sammiti çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı danışarkən bildirib. Çavuşoğlu deyib ki, “bununla da bizim qardaş Azərbaycana dəstəyimiz institusional xarakter alacaq”.

Bu cür Təmas qruplarının münaqişələrin həllinə hansı töhfə verə biləcəyi ilə bağlı Bakıda fərqli baxışlar səslənir. (Azadlıq radiosu)

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevyaradılacaq qrupun effektli olmayacağını söyləyib:“İndiki dönəmdə bu cür qrupların heç birinin xeyri yoxdur. Son illərin təcrübəsi göstərib ki, ATƏT-in Minsk qrupu bu sahəni tam monopoliyaya alıb. O dövlətlərin başçıları da bu qrupu dəstəkləyir. Beynəlxalq təşkilatları da gördük. Avropa Şurası kimi nüfuzlu təşkilatın da işini onlar pozmağa çalışdı. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının hər hansı təklifi çoxları tərəfindən azərbaycanpərəst kimi qəbul olunacaq. Bu səbəbdən, düşünmürəm ki, onun hər hansı bir təsirli təklifi olsun. Məncə, Azərbaycan ordusunun son günlərdə apardığı əməliyyat nəticəsində Minsk qrupunun fəallaşması indiki dönəmdə bəlkə bir nəticənin olacağına ümid verir. Həm də Rusiyanın gərginliklə bu işə qoşulması irəliləyişə ümid yaradır. Bölgədə böyük qüvvə və həm də hər iki ölkəyə ən böyük təsir edən ölkə məhz Rusiyadır”.

 

Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, belə bir Təmas qrupunun yaradılması ən azı Daqğlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaqda müsbət rol oynaya bilər:

“Çünki çox zəngin və təşkilatlanmış erməni icmaları Emənistan-Azərbaycan münaqişəsi ilə bağlı yalanları, böhtanları yayırlar. Məlumat qıtlığı və Qərb ölkələrinin çoxunda məhz erməni icmasının verdiyi məlumatlar yayıldığından belə bir qrupun yaradılması təsirlidir. İƏT ölkələri Ermənistanın təcavüzü ilə bağlı, erməni qoşunlarının işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Nə qədər çox beynəlxalq təşkilat bu problemin həlli ilə bağlı BMT-nin qətnamələrinin icrasını, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edərsə, o qədər yaxşıdır. Azərbaycanın da məqsədi məhz sülhdür”.