XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 09:51

YAP parlament seçkisi ilə bağlı müşavirə keçirdi – FOTOLAR

YAP konfrans.jpg

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib. (Report)

Müşavirədə çıxış edən baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhval-ruhiyyədə getdiyini vurğulayıb.

yap 02.jpg

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP İcra katibinin müavinləri – Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

yap 03.jpg