Canlı yayım zamanı 9 yaşlı uşaq Rusiya prezidenti Vladimir Putinə “uşaq vaxtı sizi də sıyıq yeməyə məcbur edirdilər?”, – deyə sual ünvanlayıb.
Vladimir Putin sualın cavabında heç vaxt heç nəyi məcburən etmədiyini bildirib: “Mən sıyığı sevərək yeyirdim, indi də yeməyə davam edirəm”.
“Yaş keçdikcə sıyığa olan münasibətiniz dəyişibmi?” sualına cavab olaraqsa Rusiya prezidenti “Dəyişib. Özü də müsbət istiqamətdə. Diş azaldıqca sıyığı daha çox sevirsən”, – deyə zarafatla cavab verib.
AzNews.az