XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 11:36

Milli Şuranın mitinqi başa çatdı – YENİLƏNİB – FOTOLAR

mitinq 01.jpg

Milli Şuranın “Məhsul” stadionunda bu gün keçirdiyi etiraz aksiyası bir az sonra başlanacaq.

Strateq.az-ın aksiyada olan əməkdaşının verdiyi məlumata görə, hazırda mitinqdə işitrak edəcək insanlar musiqi sədaları altında meydana daxil olurlar. Hər hansı gərginlik yoxdur, polis vəziyyətə nəzarət edir.

***

Milli Şuranın mitinqi başlayıb. Mitinqi AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aparır. Tribunada AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli durub.

Aksiya başlayan kimi, Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra mayın 19-da Binəqədi rayonunda baş verən dəhşətli və faciəvi yanğın olayının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin eks-deputatı Gültəkin Hacıbəyli, vəkil Qurban Məmmədov və kinodramaturq Eldəniz Quliyev də aksiya iştirakçıları arasındadır…

***

AXCP sədri Əli Kərimli çıxş edərək ölkədə son günlərdə baş verən proseslərə münasibətini açıqlayıb. Bakıda yanan bina ilə bağlı danışan Ə.Kərimli məmurları üzlük materialların keyfiyyətsiz olmasından xəbərdar olub onu gizlətməkdə ittiham edirb…

***

Milli Şuranın sədri Cəmil Həsənli çıxışa başlayıb. O, 28 May – Respublika Günündən, bu günü Azərbaycan xalqına bəxş edənlərdən danışıb. C.Həsənli ölkədə yaranmış vəziyyətə görə hakimiyyəti ittiham edib və bildirib ki, bu hakimiyyət neftdən gələn milyardları sağa-sola səpələdiyi halda, Qarabağ qazilərinin maddi rifahının qayğısına qalmır və onlar özlərini yandırırlar. “Xalqla belə rəftar etmək olmaz” – deyən C.Həsənli hərbi hissələrdə döyülərək öldürülmüş gənc əsgərlərdən də bəhs edib, onların analarının mediada, sosial şəbəkələrdə yayılan fəryadından danışıb.

Milli Şuranın sədri ölkədə siyasi repressiyanın tüğyan etdiyini bildirib, Kürdəxanı təcridxanasında saxlanılan intellektual insanların, siyasi məhbusların adını adbaad sayaraq deyib: “İndi Kürdəxanını bütün dünyada tanıyırlar”.
C.Həsənli də 19 mayda baş vermiş yanğına görə də hakimiyyəti suçlayıb.
***
Milli Şuranın mitinqi başa çatıb. Sonda qətnamə oxunub.

aks01.jpg

mit04.jpg

aks02.jpg

mit01.jpg

aks04.jpg

aks03.jpg

mit02.jpg