Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mayın 30-da Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi barədə məlumat yayıb.
Məlumatda deyilir ki, saat 15:30-dan 16:30-dək davam edən aksiyada həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Məlumatda o da deyilir ki, aksiya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Strateq.az