XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 21:45

KTMT generalları İrəvanda toplaşır –Bir sıra sənədlərin imzalanacağı gözlənilir

KTMT-MDB

Sabah İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrin hərbi komitəsinin növbəti səkkizinci iclası olacaq.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

İnformasiyaya əsasən, iclasda iştirak etmək üçün bu gün İrəvana təşkilata üzv ölkələrin – Belarus, Qazaxıstan, Rusiya, Tacikistan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin KTMT-nin katibi gəlib. KTMT-nın iclasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, keçən il dekabrın sonlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Rusiyadan Emənistana keçib. Bu barədə təşkilatın keçirilən iclasında qərar qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən xəbərə görə, Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibəti ilə təbrik edib. Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibləri iştirak edib.