XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 12:22

Yerevanda etiraz dalğası:Nalbandyanın və hərbi elitanın istefası tələb olunur

ermeni aksiya

 

Ermənistanda “ölkənin sahibləri” təşəbbüs qrupu aprelin 22-də prezident iqamətgahına kütləvi yürüş təşkil etmək qərarını verib.

Strateq.az bildirir ki, cəbhədəki erməni ordusunun son ciddi məğlubiyyəti cəmiyyətdə psixoloji ovqatı xeyli pisləşdirib. Təşəbbüs qrupu yürüşlə bağlı tələbələrini də açıqlayıb. Onlar xarici işlər naziri Edvard Nalbandyanın və baş qərargah rəisi Yuri Xaçaturovun vəzifədən azad olunmasını tələb edirlər. Etiraz aksiyasının təşkilatçıları hesab edirlər ki, Qarabağdakı ciddi hərbi  uğurusuzluğun səbəb onların yarıtmaz işi olub.

Tələblərdə qeyd olunur ki, onlar Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsini əleyhinədirlər.

Bundan başqa etirazçılar erməni oliqarxlarından yeni texnologiyaların alınması üçün pul verməsini tələb edirlər.