XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 13:24

Milli Məclisdə müzakirələr:Şəhid dəfni, Rusiya qərəzi və xaricdəki azərbaycanlı jurnalistlərə ittiham

 

meclis

 

Deputat Qüdət Həsənquliyev mətbuatda şəhidlər barəsində yayılan yanlış informasiyalara münasibət bildirib. 

O, Milli Məclisin iclasında şəhidlər haqqında yazılan bəzi məlumatları tənqid edib. 

“Bəzi saytlarda oxuyuram ki, hansısa şəhidlər gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak etmir. Bu rəzalətdir, bundan böyük alçaqlıq olmaz.

Ən azı o dəfndə kimin iştirak etdiyini şəhidin ailəsi, ora qatılan on minlərlə insan görür. Naxçıvanda şəhid leytenent Qalib Orucəliyevin dəfnində iştirak edən zamanı məlum olud ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası həmin gün vəfat edib. Amma o şəhidin dəfnində iştirak edir. İnsanlar belə yanlış informasiyalar verməklə heç hara gedə bilməyəcəklər. Müxalifətçilik və düşmənçilik etmək istəyirsənsə başqa məsələ ətrafında et. Bunu şəhidin dəfni üzərində etmə. Cəmiyyət buna münasibətini bildirməlidir”. (Modern.az)

Deputat Fəzail Ağamalı da öz növbəsində bəzi qüvvələrin son hadisələrdə özlərini düzgün aparmadığını qeyd edib:   "Həmin qüvvələr bir daha öz iç üzlərini açıb göstərdilər. Amma onlar da digərləri də bilsin ki, qələbə bizimlədir. Mən buna tam əminəm". 

Deputat Elmira Axundova bildirib ki, Rusiyanın bir sıra rəsmiləri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektivlik nümayiş etdirirlər.O qeyd edib ki, bu obyektivlik Rusiyadan olan böyük qərəzin içində çox kiçikdir:

“Rusiya prezidenti, mediası və rəsmiləri münaqişəyə münasibətdə qərəzli davranırlar. Azərbaycan diasporu ehtiyatlı olmalıdır. Rusiya mediasında bu işlə bağlı aktiv olmalıdırlar.   Diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxş deyil”.

Spiker Oqtay Əsədov deyib ki, təkcə diaspor təşkilatları deyil, Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli jurnalistlərə də müraciət etmək lazımdır:

“Məlumdur ki, Rusiya mediasının 30%-i ermənilərin əllərindədir. Onlar da öz işlərini görürlər. Kökü azərbaycanlı olanlara müraciət edilməlidir ki, ürəklərində Azərbaycanla olsunlar. Təəssüf ki, Azərbaycanlı jurnalistlər azərbaycanlı olduqlarını göstərməkdən qorxurlar”