XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 14:33

ASALA-nın üzvü olan livanlı erməni terrorçu SislyanQarabağa gəlib

 

 

sisilyan

Məşhur erməni terrorçusu, ASALA-nın rəhbərlərindən olmuş Vazgen Sislyan işğal altında olan Dağlıq Qarabağa gəlib.

Strateq.az bildirir ki, bu bədnam terrorçu Qarabağda keçirdiyi mətbuat konfransında “Azərbaycanın daha yeddi rayonunu işğal etməyə” çağırıb.

Qeyd edək ki, Vazgen Sislyan1956 – cı ildə Livanda doğlub.

 1981-ci ilin aprelin 5-də “Van əməliyyatı” adı verilmiş Parisdəki Türkiyə konsulluğuna terror hucumu ilə tanınıb.  Bu terror hucumu nəticəsində türk konsulu Kay İnal ağır yaralanıb. Terrorçular 56 nəfəri girov götürərək konsulluğun binasını 16 saat əldə saxlayıblar. Öz tələblərini elan etdikdən sonra Fransa polisinə təslim olublar.  Parisdə keçirilən məhkəmənin qərarı ilə Sisilyan və qrupu yeddi il azadlıqldan məhurm edilib.

1986-cı ildən həbsdən çıxan terrorçu daha sonra Ermənistana, oradan da Dağlıq Qarabağa gəlib. 1988-1994-cü illərdəki terror və hərbi əməliyatlarda iştirak edib.