XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 16:13

Bakıda DTİHB-nintədbiri keçiriləcək

C

“Biz Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, ATƏT institutları ilə dialoq, qarşılıqlı hörmət və ümumi maraqlar əsasında əməkdaşlığı davam etdirməyə hazırıq”.

Apa.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1096 saylı iclasına ünvanlanan müraciətində deyilir.

“DTİHB ATƏT​-in əsas orqanlarından biri olaraq öhdəliklərin həyata keçirilməsi ilə bağlı məsuliyyət daşıyır və mandatından irəli gələrək qərəzsizlik və peşəkarlıq prinsiplərinə hörmət etməlidir. Biz DTİHB-nin Azərbaycan Respublikası hökuməti ilə əsasən tolerantlıq və ayrı-seçkiliklə bağlı konstruktiv əməkdaşlıq istəklərini alqışlayırıq. Azərbaycan bu ilin sentyabrında DTİHB-nin fəaliyyətdə olan sədrliklə birgə keçirməyi planlaşdırdığı tolerantlıq və dinlərlərarası dialoqla bağlı birgə tədbirinə ev sahibliyi etməyə hazırlaşır və bu mənada DTİHB-ni dəstəkləməyə hazırdır”, – deyə bəyanatda bildirilir.