XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 16:20

STP: “Şəhidlik haqqında” qanun qəbul edilməlidir…

Sivil Toplum Platforması

Sivil Toplum Platformasının növbəti iclasında vətəndaş cəmiyyətinin durumu, QHT-lərin fəaliyyətinə əngəllər, məhkəmə qərarlarının icrası, cəbhə bölgəsində atəşkəsin pozulması və şəhidlərin statusu müzakirə edilib.

Platforma üzvləri şəhidlərlə bağlı məsələləri dövlətin və cəmiyyətin diqqətdə saxlamasını təklif ediblər. Təklif edilib ki, qardaş Türkiyədə olduğu kimi “Şəhidlik haqqında” qanun qəbul edilsin və şəhid ailələrinə yüksək imtiyazlar müəyyən olunsun, hər kəs üçün bərabər sosial güzəştlər tanınsın. Platforma alternativ qanun layihəsi hazırlayıb Milli Məclisin müzakirəsinə təqdim etməyi qərara alıb.

Platforma üzvləri mətbuatda müxalifət liderinə qarşı yönəlik təhdidlərin qabuledilməz olduğunu qeyd ediblər. Bu cür kampaniya və çağırışların mənfi tendensiya yaradacağından narahatlıqlarını bölüşüblər.