XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 17:00

UEFA Avropa Liqasının yarımfinalındabu komandalar qarşılaşacaq

uefa

Aprelin 15-də İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində UEFA Avropa Liqası yarışlarının yarımfinal mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib.

Belə ki, püşk yarımfinala vəsiqəni təmin edən “Liverpul” (İngiltərə), “Vilyareal“, “Sevilya” (hər ikisi İspaniya) və “Şaxtyor” (Ukrayna) komandaları arasında atılıb.

Püşkatmanın nəticəsinə görə, yarımfinalda “Şaxtyor” və “Sevilya”, “Vilyareal“ ilə isə “Liverpul” komandaları qarşılaşacaqlar.

Yarımfinal mərhələsinin oyunları aprelin 28-də və mayın 5-də keçiriləcək. Final qarşılaşması isə mayın 18-də İsveçrənin Bazel şəhərində oynanılacaq. Qaydalara görə, ilk yarımfinal oyunun qalibi final qarşılaşmasında ev sahibi qismində çıxış edəcək(azertac).