XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 17:44

Elmira Axundova Rusiya telekanallarına etiraz etdi –"Bizi və Türkiyəni tənqid atəşinə tutdular"

Elmira Axundova

Milli Məclisin iclasında deputat Elmira Axundova son 10 gün ərzində Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniyaya etiraz edib. Strateq.az xəbər verir ki, deputat xüsusilə Rusiyanın 1-ci və RTR kanallarında gedən məlumatların qərəzli olduğunu deyib: 

“Fikir versəniz, hətta gözlədiyimizdən də artıq dərəcədə Qərb, Şərq ölkələri, hətta İsrail kimi uzaq ölkələr bizi və ərazi bütövlüyümüzü dəstəklədilər, bir sıra vacib bəyanatlar verdilər, sağ olsunlar. Lakin Rusiyanın xüsusilə televiziya və radio məkanı yenə də köhnə avazla oxuyur. Yəni bir dəfə də olsun “separatçı rejim”, “işğal olunmuş ərazilər”, “Azərbaycanın ərazi bütövlüyü” kimi ədalətli ifadələri işlətmədilər. Əksinə, bizi və nədənsə qardaş Türkiyənin bizə olan haqlı dəstəyini tənqid atəşinə tutdular. Uzun illər Rusiya mətbuatında işləyən bir insan kimi tam məsuliyyətlə deyirəm; bizə qarşı belə ədalətsiz münasibət hətta 90-cı illərin ağır günlərində olmayıb. Hal-hazırda Rusiyanın teleməkanını erməni prodüserləri, jurnalistləri, politoloqları, tarixçiləri, aparıcıları zəbt ediblər. Və əlbəttə ki, hər vəchlə bu silahlı münaqişə barədə haqlı mövqeyimizi Rusiya ictimaiyyətinə çatdırmağa maneçilik törədirlər. Mən heç nəyə təəccüblənmirəm, madam ki, Rusiyanın Baş naziri “Vesti-nedeli” verilişində açıq-aşkar deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi və dondurulması arasında onun seçimi olsaydı, o, dondurulmasına üstünlük verərdi”.

Elmira Axundova Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib:

“Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram”.

O.Əsədovun fikrincə, diaspordan əvvəl Rusiya telekanallarında, mediasında çalışan azərbaycanlı jurnalistlərə müraciət etmək lazımdır:

“Məlumdur ki, Rusiya mediasının 30%-i ermənilərin əllərindədir. Onlar da öz işlərini görürlər. Rusiya mediasında azərbaycanlılar azdır? Kökü azərbaycanlı olanlara müraciət edilməlidir ki, ürəklərində Azərbaycanla olsunlar. Təəssüf ki, azərbaycanlı jurnalistlər azərbaycanlı olduqlarını göstərməkdən qorxurlar. Bizim azərbaycanlı jurnalistlər də məqamı gələndə azərbaycanlı kimi sözlərini deməlidirlər”.

Aruz