XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 18:20

“Putinin NATO-su” Yerevanda Qarabağı müzakirə etdi –Belarus iclasa qatılmadı

 

ODKB

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Yerevanda keçirdiyi bugünkü iclasında Dağlıq Qarabağdakı son hərbi əməliyyatları müzakirə edib.

Strateq.az bildirir ki, bu barədə Ermənistan ordusunun baş qərargah rəisi Yuri Xaçaturov bildirib: “Bununla bağlı üzv ölkələrlə fikir mübadiləsi oldu”.

İclas iştirakçıları hərbi təhlükəsizliyin kompleks xarakter daşıdığını vurğulayıblar. Nümayəndələr Birləşmiş Qərargahın işini təkmilləşdirməyin vacib olduğunu qeyd ediblər.

Yerevanda keçirilən səkkizinci iclasda Qazaxstan, Qırğızstan, Rusiya, Tacikstan ordularının baş qərargah nümayəndələri, habelə KTMT-nin baş katibi  iştirak edib. Belarus iclasa qatılmayıb.