XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

31 May 2015 - 07:53

Bakı-Sumqayıt qatarları belə olacaq- Fotolar

Sosial şəbəkələrdə “Azərbaycan Dəmir Yolları” və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqavilə əsasında alınmış və hazırda Azərbaycana göndərilən qatarların videogörüntüsü və fotoşəkilləri yayılıb.

Strateq.az oxu.az-a istinadən xəbər verir ki, görüntülərə əsasən Azərbaycana yola salınmış qatarların hazırda Rusiya ərazisi ilə hərəkət etdiyini söyləmək olar.

Gümüşü rəngli qatarların üzərində artıq “Azərbaycan Dəmir Yollarının” loqosu (ADY) vurulub.

Qeyd edək ki, yeni qatarlar ilk olaraq “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı arasında işləyəcək. Daha sonra bu qatarlar Sumqayıt yolunda da istifadə olunacaq. Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək.

ümumilikdə KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb. İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək. Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub