XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 01:04

Belarus hərbi doktrina qəbul elədi, İrəvan narahat oldu –Açıqlama

lukasenko-2.jpg

Belarus tərəfindən qəbul edilmiş hərbi doktrina Ermənistanda narahatlığa səbəb olub.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan söyləyib.

Onun sözlərinə görə, Belarusun yeni hərbi doktrinası təkcə Ermənistan yox, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün problemdir(Axar.az).

Qeyd edək ki, Belarusun bir müddət öncə qəbul etdiyi yeni hərbi doktrinaya əsasən, Belarus ordusuna öz sərhədlərindən kənarda hərbi əməliyyat aparması qadağan edilir. Bununla da rəsmi Minsk de-fakto KTMT çərçivəsində Ermənistanın və digər müttəfiq dövlətlərin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina etmiş olur.