XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 17:41

Azərbaycan Premyer Liqası:“Kəpəz” - “İnter” oyunu başa çatdı

1460809861492499437_1000x669

Bu gün Azərbaycan Premyer Liqasında XXX turun iki görüşü keçirilir.

Azərtac xəbər verir ki, günün ilk matçı Gəncədə oynanılıb. Belə ki, mükafatlara iddialı olan “Kəpəz” Bakının “İnter” klubunu qəbul edib. Ardıcıl iki oyunda məğlubiyyət qazana bilməyən Şahin Diniyevin yetirmələri doğma meydanda da qələbəni qaçırıb. Heç-heçəyə razılaşmalı olan komandalar matçda hərəyə bir dəfə fərqləniblər. Tural Axundov 31-ci dəqiqədə on bir metrlik zərimə zərbəsi ilə Gəncə təmsilçisini hesabda irəli çıxarıb. Qonaqlar Yuri Fomenkonun 55-ci dəqiqədə vurduğu qolla görüşdə tarazlığı bərpa ediblər-1:1.

Beləliklə, “İnter” 49 xalla üçüncü, “Kəpəz” isə 46 xalla altıncı yerdə qərarlaşıb.