XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 12:17

Rusiya İstintaq Komitəsinin sədri:“Qarabağı sərhədimizdə müharibə ocağına çevirmək istəyirlər”

 

bastirikin

“Dağlıq Qarabağda bu yaxınlarda kəskinləşən münaqişə Rusiyaya qarşı olan müxalifət qüvvələrinin ölkəmizin sərhəddində təkrar müharibə ocağı yaratmaq cəhdidir”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksnadr Bastrıkin “Kommersant-Vlast” nəşrində çap olunan məqaləsində bildirib.    

“Rusiyaya qarşı müxalifətdə olan bu qüvvələr erməni və azərbaycanlılar arasında sülhü pozaraq Rusiya ilə sərhəddə daha bir müharibə ocağı yaratmaq istəyini göstərir”,-deyə Bastırkin öz məqaləsində yazıb.

Bastırıkin Rusiyada sərt informasiya siyasətinin yürüdülməsini təklif edib.