XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 08:28

Heydər Əliyev Avrasiya İttifaqı təklifini 1994-cü ildə rədd edib – TARİX

heydar putin esas.jpg

Azərbyacanın keçmiş prezidenti, mərhum Heydər Əliyev Rusiya prezidenti Vladimir Putinin bu gün israrla həyata keçirməyə çalışdığı Avrasiya İttifaqı təklifini hələ 1994-cü ildə rədd edib.

Strateq.az bildirir ki, 20 il əvvəlki rus mətbuatına verdiyi müsahibəsində mərhum prezident Avrasiya Birliyi ideyasına münasibətini açıqlayıb.

Qeyd edək ki, bu təklif Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən 90-cı ilərin əvvələrində irəli sürülüb. 1994-cü ilin oktyabrında MDB-nin növbəti sammiti zamanı bu ideyanın prezidentlər tərəfindən müzakirəsi təklif olunub. “Avrasiya Dövlətləri İttifaqı” adlandırılan bu layihə ilə bağlı Azərbaycan prezidentinin mövqeyi öyrənilib. O zaman Heydər Əliyev Avrasiya İttifaqı təklifinin qəbulunun mümkünsüzlüyunü bildirib.

heydar snq.jpg

1994-cü ildə Rusiyanın “Delovıy Mir” jurnalına verdiyi müsahibəsində təkliflə bağlı sualın cavabında Heydər Əliyev bildirib ki, “Nursultan Nazarbayevin təklifi diqqətlə öyrənilməlidir”.

“MDB-nin adı var, lakin yaxşı fəaliyyət mexanizmi, qarşılıqlı əlaqə yoxdur. Müxtəlif ideyalar, müxtəlif fikirlər, o cümlədən Nursultan Nazarbayevin təklifləri meydana gəlib. Bu ideya daha diqqətlə öyrənilməlidir”.

“Yenidən hansısa mərkəz, hansısa tənzimləyici yaratmağa cəhd göstərmək yaramaz. Bunu həyata keçirmək qeyri-mümkündür”-deyə H.Əliyev o zaman vurğulayıb.

Heydar sverdnazde.jpg

Azərbaycanın mərhum prezidenti müsahibədə qeyd edib ki, MDB çərçivəsində iqtisadi inteqrasiyanın tərəfdarıdır və birlik tərkibinə daxil olan dövlətlər arasında ikitərəfli sıx əlaqələr yaradılmalıdır.

“MDB də şübhəsiz, bu iqtisadi inteqrasiyanı təmin etməyə borcludur. Bununla belə, bu işi mərkəzləşdirmək olmaz. Başqa sözlə, mənim mövqeyim belədir: iqtisadi inteqrasiya daha səmərəli olmalıdır. Lakin bu, dövlətlərin suverenliyinə və iqtisadi müstəqilliyinə xələl gətirməməlidir. Burada bacarıqlı əlaqə, tarazlıq yaradılmalıdır”-deyə H.Əliyev qeyd edib.

X.SƏFƏROĞLU