Dağıstanın başçısı Ramazan Abdulatipov mayın 12-13-də Bakıya səfər edəcək.
Bunu Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Marat Askanderov deyib.
Onun sözlərinə görə, R.Abdulatipov Azərbaycan rəhbərliyi və rəsmi şəxslərlə, o cümlədən iqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirəcək.
Onu da qeyd edək ki, 12-13 may tarixində Bakıda Dağıstan günləri keçiriləcək(Trend).