XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 00:28

Robert Koçaryanın evinə silahlı hücum edən şəxstaksi sürücüsü çıxdı

RA President Robert Kocharyan gives a press conference

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə silahlı hücum edən şəxs saxlanılıb.

ANS-in məlumatına görə, Ermənistanın Şenqavit rayonunda yaxalanan şəxsin Koçaryanın malikanəsinə qumbara atdığı ehtimal edilir.

Saxlanılan şübhəli şəxs 32 yaşlı Ovanes Muradyandır. Onun taksi sürücüsü olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanın eks-prezidentinın evinə bomba hücumu aprelin 15-də olunub. Bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan xəbər vermişdi.

Onun sözlərinə görə, sabiq prezidentin evinə hücum edilməsi xəbərini alan İrəvan polisi hadisə yerinə gəlib. 

Onu da qeyd edək ki, Robert Koçaryanın böyük siyasətə qayıdacağı haqda da xəbər yayılıb.

Bu barədə "Qraparak" qəzeti öz mənbələrinə istinadla xəbər verib. Qəzet yazıb ki, bu günlərdə sabiq xarici işlər naziri Vardan Oskanyan və Robert Köçaryan intensiv formada böyük siyasətə qayıtmağın perespektivləri üzərində işləyir.

Robert Koçaryan 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan prezidenti seçilmişdi. O, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Ermənistan müxalifəti Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edir. Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asılılığını daha da gücləndirdi