XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 10:59

Gənc yazarın diskinin təqdimatı keçirildi

tedbir12.jpg

Tədbiri tanınmış şair-publisist Əkbər Qoşalı apardı və mayın 19-da Binəqədi rayonunda baş verən hadisəylə əlaqədar orada vəfat edənlər və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbir ilk olaraq ülkər Dənizin səsləndirdiyi Ramiz Qusarçaylının “Azərbaycan Bayrağı” şeiri ilə başlayıb. Diskdə “Xocalı-Oyan qeyrətim oyan” , “Müəllim”, “Qocaldı Anam”, “İnsan Sevgisi”, “Döndü”, “Ata”, “Allahım”, ” Fİkir Qayıqları” və başqa şeirlər yer alıb.
Respublikanin əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov bildirdi ki, bu sahədə istedadsız adamlara yer yoxdur: “Onlar barmaqla sayılacaq qədərdir. Rəhmətlik Kazım Ziya, Murtuz Gəncəvi, Həsən Əbluc, Mikayıl Mirzə, hazırda yaşayanlardan Əminə Yusifqızı, Nadir Hüseynov, Bəndər Savalan. İndi yeni nəsl yetişir. İnanıram ki, istedadlı bir gənc olaraq özünü təsdiq edəcəksən”.
Tədbirdə Aşıq Şəmkir məclisinin rəhbəri Həbib Misirov, Qarabağ hadisələrinin dünyaya tanıtdırılması üzrə ABŞ fondunun icraçı direktoru Dayana Altman, ehtiyatda olan polkovnik-leytenant Habil Şirinov, BDU-nun müəllimi, Milli Elmlər Akademiyasının dissertantı, şairə-publisist Əlili İradə, Azərbaycanın Milli Qəhrəmanı adından rəsmi şəkildə imtina edən Arif Məhərrəmov, eləcə də başqa tanınmış yazarlar çıxış edərək ülkər Dənizi istedadlı qiraət ustası və gənc yazar olaraq ilk diskin buraxılması münasibəti ilə təbrik etdilər.
Daha sonra, ülkər Dənizin Xocalı faciəsi ilə əlaqədar yazdığı, Universitetlər arası festivalda 1-ci yerə layiq görüldüyü şeiri səsləndirildi.
Strateq.az