XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 11:24

Xətaidə yanmış binanın sakinlərinə də pul ayrıldı – Hacıbala Abutalıbov danışdı

Xətai rayonunda yanmış binada mənzil sahibi olan ailələrin hər birinə 15 min manat vəsait ayrılıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Bu məqsədlə 1 milyon manat ayrıldığını açıqlayan H. Abutalıbov deyib ki, həmin binanın sakinləri bununla bağlı bu gündən başlayaraq Xətai rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

H. Abutalıbov qeyd edib ki, bu binada vəfat edənlər və xəsarət alanlar olmayıb, buna görə də hər bir ailəyə bərabər miqdarda – yəni 15 min manat vəsait veriləcək.

Xatırladaq ki, bu il aprelin 10-da Bakının Xətai rayonunda Zığ şossesi, 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Bina hazırda dözlət hesabına təmir olunur.