XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 11:54

SSRİ “mifi”:Rusiya əhalisinin 56 faizi Sovet İttifaqının bərpa olunmasını istəyir –SORĞU

ssri

 

Rusiya vətəndaşlarının 56 faizi SSRİ-nin dağılmasına görə təəssüflənir.

Strateq.az bildirir ki, nufuzlu “Levada-sentr” sorğu Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri bunu ortaya çıxarıb.

Respondentlərin 28 faizi isə Sovet İttifaqının dağılmasından heç bir təəssüf hissi keçirmədiklərini deyiblər.

Rəyi soruşulanların 33 faizinin fikrincə, SSRİ-nin dağılması qaçılmaz idi, 51 faiz isə hesab edir ki, İttifaqı qoruyub saxlamaq olardı.

Sorğu həmçinin göstərib ki, Rusiya əhalisinin 44 faizi SSRİ-nin və sosialist sisteminin bərpa olunmasını istəyir. Amma onların fikrincə, hazırda bu, mümkün deyil. Daha 14 faiz isə SSRİ-nin bərpasını tap mümkün sayır. Əhalinin  31 faizi isə sovet sisteminə qayıtmağın əleyhinə olub.  

Mərkəzin sosioloqları nəticələri şərh edərkən bildiriblər ki, SSRİ-yə olan nostalji ölkədə islahatların iflasa uğraması, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin cidid şəkildə pisləşməsi ilə bağlıdır.

SSRİ-nin saxlanmasını istəyən respondentlərin yaş həddi 55 yaşdan yuxarı olanlar və kənddə yaşayanlardır. Onlar isə sosial cəhətdən müdafiəsiz olan kateqoriyaya aid olunurlar.  Onlar hesab edirlər ki, “SSRİ zamanında daha yaxşı yaşayıblar”.   

Gənclər isə əksinə olaraq Sovet İttifaqının bərpa olunmasını istəmirlər. Rəyi soruşulanların hər dörd nəfərindən yalnız biri buna tərəfdar çıxıb.

Proletariatın dahi rəhbərinə olan münasibət də maraqlıdır. Rusiya əhalisinin 53 faizi hesab edir ki, Lenin Rusiya tarixində müsbət rol oynayıb.  27 faiz isə bu fikri dəstəkləməyib.

Sosioloqlar narahatedici bir məqamı da müəyən ediblər:  ölkə gəncləri arasında vətən tarixi haqqında dərin biliklər yoxdur. Odur ki, hər hansı epoxa və siyasi rəhbərlər barədə suallara çox çətinliklə cavab verirlər.

“Levada-Sentr” sorğunu Rusiyanın 48 regionu üzrə 137 yaşayış məkanında yaşayan 1600 nəfər arasında keçirib.

Qeyd edək ki, SSRİ ən çox 2000-ci ildə populyar olub. 2000-ci ildə Rusiya əhalisinin 75 faizi Sovet İttifaqının dağılmasından təəssüfləndiklərini bildirmişdilər.  2012-ci ildə isə bu faiz 49-a düşmüşdü.  

X. SƏFƏROĞLU