Şənbə günü Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsinin qubernatorunun müavininin çaya yıxıldığı “Grandezza” yaxtası əslən azərbaycanlı iş adamı Tayfur Heybətova məxsus olub. Bu barədə Rusiya KİV-i məlumt yayıb.
Bundan əvvəl Ural istintaq idraəsi rəhbərinin baş köməkçisi Natalya Qunkina yaxtanın yerli iş adamlarından birinə məxsus olduğunu təsdiqləmişdi. Ad çəkməsə də bildirmişdi ki, iş adamı yaxtasını müvəqqəti olaraq istifadə etmək üçün qubernatorun müavini Vitali Yermoşinə verib. Qubernator müavininin isə belə yaxtanın idarəedilməsi üçün müvafiq icazəsi olub.
Rusiya KİV-i isə Yermoşinin xilasetmə xidməti ilə razılaşdırmadan yaxtada səyahətə çıxdığını yazır. Buna görə, yaxta sahibi 1000-1500 rubul cərimə oluna bilər.
Yerli KİV-in məlumatlarına görə, yaxtada onun rəfiqəsi Darya və oğlundan başqa heç kim olmayıb. Artıq yaxta sahibi də dindirilib.
Tayfur Heybətovun tikinti şirkətinin sahibi olduğu və bölgədə sosial layihələri maliyyələşdirdiyi qeyd olunur.
Xatırladaq ki, artıq iki gündür ki, yaxtadan yıxılaraq itkin düşmüş qubernator müavininin axtarışları nəticəsiz qalıb.
Strateq.az