XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 13:37

Prezident İlham Əliyev yeni “Avtovağzal” metro stansiyasınınlentini kəsdi

 

ilham metro

 

Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni – bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.

Dövlət başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib.

 Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək.

 Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.

 Sonra prezident İlham Əliyev qatarla “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına gəlib. Dövlət başçısına məlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir.

 

ilham metro02