XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 14:37

MDB İcraiyyə Komitəsi: “Qarabağ MDB dövlətlərini narahat edir, sülh danışıqları başlanmalıdır”

lebedev

 

“MDB dövlətləri Dağlıq Qarabağda situasiyanın sülh yolu ilə tənzimlənməsinin və regionda hərbi əməliyyatların bərpasının yolverilməzliyinin tərəfdarıdır”.

Strateq.az bildirir ki, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı situasiya, Ermənistan və Azərbaycanın münasibətləri MDB ölkələrinin bütün nümayəndələrini narahat edir:  “MDB regionda gərginliyin aradan götürülməsini səmimi qəlbdən arzulayır. İki qonşu dövlət məsələnin kompromislərlə həll variantını tapmalıdır. İstəyirik bizim hamımızı nrahat edən bu problemin həlli üçün sülh danışıqları başlansın”.

S. Lebedevin sözlərinə görə, MDB-nin və Minsk Qrupunun kollektiv səyləri  problemin həlli üçün müsbət qərar qəbul olunmasına imkan verəcək.