XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 13:06

Putinin dostunun kitabı İtaliyada da nəşr edildi

ölkəmizdə Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi geniş şöhrət qazanmış tanınmış iş adamı, eləcə də hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap olunmuş “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı İtaliya hüquqşünaslarının təşəbbüsü ilə Turin şəhərində çap olunub.

Nəfis üslubda nəşr olunan kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Məlumat üçün bildirək ki, İtaliyanın paytaxtı Roma şəhərində kitabın təntənəli təqdimatının bu ilin payızında keçirilməsi planlaşdırılır.

kitab-rehimov.jpg

Strateq.az