Dövlət İmtahan Mərkəzi ictimaiyyətə saxtakarlıqla bağlı əhaliyə xəbərdarlıq müraciət unvanlayıb.
Strateq.az xəbər verir ki, müraciətdə son günlər "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradıldığı bildirilib:
"Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi facebook səhifəsi istifadəyə veriləcəkdir və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcəkdir. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur”.