XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 13:16

XİN: “Heç bir türk diplomatı persona non-qrata elan edilməyib”- Açıqlama

xin foto.jpg

“Azərbaycanda akkreditasiyadan keçmiş heç bir türk diplomat nümayəndəsi persona non-qrant elan edilməyib”.

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib. Nazirlik rəsmisi yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhədində türk diplomatın saxlanıldığı deyilir. Bu barədə Türkiyənin “Taraf” qəzeti məlumat yayıb. İddiaya görə, Türkiyənin Bakıdakı səfirliyinin O.A. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycana daxil olub. Bu zaman onun avtomobilində yüzlərlə yeşik qaçaq siqaret aşkar edilib.

Məlumata görə, guya, həmin personal haqqında Azərbaycan tərəfi müvafiq tədbir görüb və onu persona-non qrata elan edib. Türkiyə tərəfi isə səfirliyin işçisini XİN sistemindən kənarlaşdırıb.