XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 16:19

Leyla və Arif Yunusun Azərbaycandan necə çıxmasıməlum oldu

leyla teze

 

Hüquq müdafiəçiləri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Azərbaycandan xaricə getməsi məhkəmə qərarı ilə mümkün olub.

Strateq.az-ın məlumatına görə,  Ali Məhkəmədən “Azadlıq Radiosu”na bildiriblər ki, Yunusların kassasiya şikayətinə aprelin 18-də baxılıb və şikayət təmin edilib.

Hüquq müdafiəçilərinin vəkillərindən Elçin Sadıqov isə deyib ki, martın sonunda Yunusların ölkədən müvəqqəti çıxışına icazə verilməsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti göndərib.  Amma hər hansı qərarla bağlı onda məlumatın olmadığını söyləyib. 

«Ali Məhkəmə işə baxılmasıyla bağlı məni məlumatlandırmayıb. Məhkəmə ilə dəqiqləşdirmə aparacağam», – deyən vəkil vurğulayıb. Onun sözlərinə görə, bir neçə gün öncə Yunusların həkimi Kristian Vitt Bakıya gəlib.

Azərbaycan hökumətindən barələrində məhkəmə hökmü olan Yunusların Azərbaycanı tərk etmələri ilə bağlı hər hansı açıqlama verilməyib.