XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 17:35

Lavrov təcili Yerevana gəlir:Ermənistanda Qarabağla bağlı ciddi müzakirələr başlanır

 

lavrov nalbend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 22-də Yerevana gələcək.

 Strateq.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib: “Əlaqələr dayandırılmayıb. Yaxın zamanda biz iki ölkənin xarici işlər nazirinin yeni kontaktları barədə açıqlama verəcəyik”.  

Onun sözlərinə görə, Lavrov və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparacaqlar.

 Qeyd edək ki, S.Lavrov özünün erməni həmkarı Edvard Nalbəndyanla sonuncu dəfə aprelin əvvəlində Moskvada görüşüb.