XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 18:58

Səlim Müslümova şikayəti olanların diqqətinə: –Nazirin qəbul qrafiki açıqlandı

selim-yeni

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.