XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 19:25

Bahar Muradovadan erməni gənclərinə çağırış:“Qoy analar oğullarını, qızlar sevgililərini itirməsinlər”

 

bahar

 

Xəbər verildiyi kimi, aprelin 15-dən 18-dək Almaniyanın Lansvayler şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) “ATƏT-in münaqişələrin dayandırılmasına yönəlmiş tədbirlərinə ATƏT PA-nın və onun üzvlərinin töhfə vermək imkanları – həlli uzanan münaqişələrə xüsusi diqqət” mövzusunda seminarı keçirilib. Milli Məclisin vitse-spikeri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla Azərbaycan deputat qrupu seminarda fəal iştirak edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışlarında dəfələrlə aktual məsələlər qaldırıblar. Dağlıq Qarabağ ermənilərini Azərbaycan icmasının bu bölgəyə qayıtmasının və iki icmanın birgə yaşamasının labüd olması fikrinə hazırlamaq üçün Ermənistanın həmin ermənilərə öz təsirindən istifadə etməli olmasına xüsusi diqqət yetirib. Bahar Muradova Madrid prinsiplərinin müddəalarını xatırladaraq qeyd edib ki, həmin prinsiplərə əsasən qaçqınların və məcburi köçkünlərin öz evlərinə qaytarılması nəzərdə tutulur. O deyib: “Azərbaycan Respublikası öz gələcəyini ölkə vətəndaşlarının etnik və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı üçün qurur. Bu, tamamilə təbiidir, çünki müxtəlif konfessiyalara və etnik qruplara tolerant münasibət tarixən formalaşıb. Mən çox istərdim ki, etnik azlıq təşkil edən Qarabağ erməniləri öz vətəndaş məsuliyyətini başa düşsünlər, regionun hərbisizləşdirilməsinə və ölkənin taleyinə töhfə versinlər”.

B.Muradova qeyd edib ki, milli azlıqlar, o cümlədən Qarabağ erməniləri ölkənin ərazi bütövlüyünə hörmət etməli, çoxluq təşkil edən azərbaycanlılar isə öz növbəsində, azlıqların hüquqlarını təmin etməlidir. Bu, ikitərəfli yoldur. O deyib: “Bu yolun hamımızdan ötrü açıq olması üçün hər birimiz çox iş görməliyik”.

Nümayəndə heyətinin başçısı vurğulayıb ki, ərazi bütövlüyü istənilən halda bərpa ediləcək.

B.Muradova çıxışının sonunda Ermənistan vətəndaşlarına müraciətlə deyib: “Qoy sizin gənclər sizin torpağınızda xidmət etsinlər və öz sərhədlərini qorusunlar, analar oğullarını, qızlar sevgililərini itirməsinlər. Başa düşün ki, qonşu ölkənin torpaqları sizin üçün heç vaxt vətən olmayacaq”.