XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 19:29

Pakistan parlamentinin sədri:“Azərbaycana hər cür dəstək verməyə hazırıq”

 

pakistan spiker

"Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın".

 Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya paytaxtında keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısında iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq bildirib. (APA)

O, Pakistanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq. Pakistan ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Lakin hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir".