XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 14:25

İrandan “Şah İsmayıl Xətai” konyakına etiraz BƏYANATI

xetai konyak.jpg

İranın bir qrup ictimai təşkilatı Azərbaycanda “Şah İsmayıl Səfəvi” adında spirtli içkilərin istehsal edilməsinə etiraz olaraq, bəyanat yayıblar.

Strateq.az İran Dövlət Televiziyasına istinadən bildirir ki, yayılan bəyanatda hazırkı islam sivilizasiyasının çiçəklənməsində Səfəvi sərkərdələrinin, xüsusilə də I Şah İsmayılın xususi rollarının olduğuna diqqət çəkilir: “Onlar Hüseynin (ə) zülmə qarşı qiyamının ardıcılları olaraq, Əhli-Beyt (ə) bayrağını dalğalandırmaq üçün qəhrəmanlıqlar yaratdılar. Bütün dünya, xüsusilə də Azərbaycan həmişə bu başucalığını xoş xatirələrlə yad etmiş və edəcəklər”.

Qeyd olunan bəyanatı imzalayan qurumlar, elmi, ədəbi və universitet mərkəzləri bu “cahil hörmətsizliyi” pisləyir və Azərbaycan rəsmilərindən bununla bağlı tədbir görülməsini istəyiblər: “Azərbaycan Respublikasının Konstitusiyası dinlərə hörmətsizliyə dözmür və bu açıq-aşkar hörmətsizlik ölkə konstitusiyasında dinlər və məzhəblərə hörmət prinsipləri ilə uzlaşmır”.

Bəyanatı Ərdəbil Mühəqqiq Universitetinin Tarix və İslam Maarifi dekanlığı, Ərdəbil Şeyx Səfiyyəddin Elm və Mədəniyyət Müəssisəsi, Qafqaz Mədəniyyət İnstitutunun Şiəşünaslıq Araşdırmalar Mərkəzi, Şah İsmayıl Xətai Ədəbi Cəmiyyətinin Tarixi Araşdırmalar Müəssisəsi, Ərdəbil Mədəniyyət Müəssisəsi, Müşfiqin Mədəniyyət-İncəsənət Mərkəzinin Şiəlik ofisi, Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət Müəssisəsi, Fəcr Darul-İrşad Mərkəzi, Ərdəbil Mühəqqiq Universitetinin Tələbələr İslam Cəmiyyəti və Fərhəngian Universitetinin Bəsic Tələbələr cəmiyyəti imzalayıb.

Strateq.az