XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 23:17

Ərdoğanın Bakı səfərinin dəqiq tariximəlum oldu

Cumhurbaşkanı Recep Tayyip Erdoğan, resmi temaslarda bulunmak üzere geldiği Azerbaycan'ın başkenti Bakü'de, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev tarafından resmi törenle karşılandı. (Halil Sağırkaya - Anadolu Ajansı)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.   Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində – BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.

Report.az