XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 09:04

Minsk Qrupu bu gün Berlində Qarabağla bağlıhesabat verəcəklər

minsk qrupu

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər.

Bu barədə  amerikalı həmsədr Ceyms Uorlik özününü tvitter səhifəsində  yazıb. “Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı durum və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, – deyə Uorlik bildirib.

Səfir yazıb ki, Qarabağ münaqişəsi ATƏT-ə sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.

1992-ci ildən Qarabağ problemi ATƏT-in Minsk Qrupunun patronajlığı altındadır.