XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 10:07

Türkmənistan sahilində neftçimizin meyititapılıb

 

 

gunesli yanqin.jpg

Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

FHN-in rəsmi saytının verdiyi məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.