XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 11:35

6 rayonda 137 partlamamışhərbi sursat zərərsizləşdirilib

bomba_130416_(2)

Aprelin 7-dən 19-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib. Nəticədə 137 partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qaradağlı kəndində 2 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib. Dörd partlamış sursat aşkarlanıb və 9600 kvadratmetr ərazi yoxlanılıb. Rayonun Qapanlı kəndində 4 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib. Doqquz partlamış sursat aşkar edilib və 12 min kvadratmetr ərazi yoxlanılıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Dörd partlamış sursat aşkar olunub və 480 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 11 partlayış yerinə baxış keçirilib. On bir partlamış sursat aşkar edilib və 2 970 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Evoğlu kəndində 2 əkin sahəsində iki partlayış yerinə baxış keçirilib. İki ədəd partlamış sursat aşkar edilib və 3700 kvadratmetr ərazi yoxlanılıb. Təzəkənd kəndində isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. İki ədəd partlamış sursat aşkarlanıb və 5 min kvadratmetr ərazi yoxlanılıb.

Aprelin 19-da agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 min 750 kvadratmetr ərazi yoxlanılıb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.