XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 12:47

“May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər” –İşçi Qrupunun üzvündən açıqlama

mirvari

"May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər”.

Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, bəzi şəxslər hələ də əfv ərizəsi yazmayıb: "Biz hüquq müdafiəçiləri Əfv komissiyasına müraciət edirik. Elə şəxslər var ki, onlar ərizə yazmayıblar. Biz onların əfv olunması üçün ərizə yazıb xahiş edirik. Əfv sərəncamı həm də komissiyanın iclasının olmasından asılıdır. Azərbaycan humanist addımlar atmaqdadır. Amma necə olacaq, nə vaxt olacaq, onu prezident deyəcək”.

M.Qəhrəmanlı bu günlərdə hüquq müdafiəçilərinin yenidən iclasının keçiriləcəyini bildirib: "Biz çalışırıq ki, işçi qrupunun da iclası olsun. Hazırda bununla bağlı müzakirələr gedir”(Aznews.az).

Qeyd edək ki, ölkə başçısı sonuncu əfv sərəncamını Novruz bayramı ilə əlaqədar imzalayıb. Həmin sərəncam 137 məhbusa şamil olunub.