XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 15:33

Norilskdə 24 Azərbaycan vətəndaşına hökm oxunub

hebs

Norilskdə məhkəmə "Alıkel" hava limanında saxta sənədlərlə saxlanılan Azərbaycan vətəndaşlarına hökm çıxarıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ümumilikdə 24 nəfər saxlanılıb. Onlar beş ay ərzində Norilskə tək və ya kiçik qruplar şəklində gəlib.

Saxta sənəddən istifadəyə görə məhkəmə onlara külli miqdarda – 19 min rubldan 33 min rubla qədər pul cəzası kəsib.