XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 16:30

Yaqub Mahmudov:“Bu gün tarix dərslikləri, akademik nəşrlər şikəst vəziyyətdədir”

 

yaqub mahmudov

“Qonşu ölkələrin paytaxtlarında ildə 1-2 dəfə konfrans keçirib deyirlər ki, guya Azərbaycanın dövlətçilik tarixi olmayıb. Cənubdakı azərbaycanlılar sonradan türkləşmiş kimi təqdim olunur”.

APA-nın xəbərinə görə, bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov qurumun Rəyasət Heyətinin iclasında “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda çıxışı zamanı deyib. O bildirib ki, orta məktəb tarix dərslikləri dəyişilməlidir: “Eyni zamanda, ilk mənbələr öyrənilməlidir. Xaricdə Azərbaycana məxsus xeyli sayda materiallar nəşr etməliyik”.

Y. Mahmudov əlavə edib ki, Dərbəndin, Borçalının tarixi yenidən öyrənilməlidir: “Azərbaycan tarix elmində yasaq olunmuş problemlər var. Bu gün doktorluq dissertasiyalarında Azərbaycan ərazisi deyərkən Sovet İttifaqının tərkibindəki Azərbaycan ərazisi nəzərdə tutulur. Bizim başqa ölkələrə qarşı ərazi iddialarımız yoxdur, amma bizim tarixi torpaqlarımız var. Məhz buna görə bu gün tarix dərslikləri, akademik nəşrlər şikəst vəziyyətdədir. Biz necə ki, bu gün Füzulidən əl çəkmiriksə, tarixi torpaqlarımızı da unutmamalıyıq. Bir məsələni də qeyd edim ki, Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur”.