XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 18:29

İlqar Məmmədovun məhkəməsi başlanır –Şəkidə

ilqar-m-1

Aprelin 22-də Şəki Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxacaq.

Bu haqda vəkil Cavad Cavadov Azadlıq Radiosuna xəbər verib. Prosesin həmin gün saat 14:30-a təyin olunduğunu bildirən vəkil deyib ki, İlqar Məmmədov orada iştirak etməyəcək. REAL sədri özü belə istəyib.

Vəkilləri İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarlarının ləğv edilməsi, onlara bəraət verilməsini tələb edirlər.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7 Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Tofiq Yaqublu prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb.