XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 01:15

AMEA-da səlahiyyət müddəti bitən direktorların yerinə seçki olacaq –Qərar

trend_amea_main

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 20-də keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə əlaqədar olub.

Bu barədə Strateq.az-a AMEA-dan məlumat verilib.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.

Bundan sonra AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib:

"Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq".

Məlumatda qeyd edilib ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.