XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 12:44

Bakıda hava qeyri-sabit, rayonlarda isə şimşək çaxacaq, yağış və sulu qar olacaq –Hava proqnozu

hava

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, güclü şimal–qərb küləyi axşam mülayimləşəcək.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11 gündüz 15 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu 768 civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.