XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 17:17

“Naxçıvanlıyam, 300 il bundan əvvəl babam Türkiyəyə köçüb” –Türkiyə Ali məhkəməsinin sədri

ismayil-turkiye-mehkeme

"Türkiyədəki məhkəmə sistemləri ilə bağlı olaraq Azərbaycandakı həmkarlarımızla müzakirələr aparmaq məqsədilə bura gəlmişik. Müxtəlif instansiyalarla görüşlərimiz oldu. Ən əsası ədalətli bir məhkəmə sistemini necə yaratmaq üçün fikirlərimizi ortaya qoymuşuq. Bu sisitemdən xalq, vətəndaşlar razı qalmalıdır".

Bu fikirləri Türkiyənin Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit bildirib.

“Mən özüm də əslən Naxçıvanlıyam. 300 il bundan əvvəl babam burdan Türkiyəyə köçüb. Ona görə də ilk fürsət düşən kimi Naxçıvana gəldim. Buradakı təmizlik, millilik, qədim abidələr məni sadəcə heyran etdi. Doğurdan da bura çox gözəldir. Türklüyə layiq şəkildə qarşılandıq. Maraqlı həssas məqamlar oldu. Burda Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri ilə görüşdüm. Ona həm anasının vəfatı ilə, həm də 2 apreldə Qarabağda şəhid olanlarla bağlı ona başsağlığı verdik”, – Cirit deyib.

Qonaqlar Naxçıvanda tarixi və dini abidələri, o cümlədən turizm sahələri ilə tanış olublar. Naxçıvanın iqtisadiyyatı ilə tanış olan türkiyəli hüqüqşünaslar muxtar respublikanın istənilən sahədə potensialını yüksək qiymətləndiriblər.

Naxcivanxeberleri.com