XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 21:35

6 rayonda 139 partlamamışhərbi sursat zərərsizləşdirilib

bomba

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-21-də Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 139 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahələrdə 8 partlayış yerinə baxış keçirilib. Səkkiz partlamış sursat aşkar edilib və 14 min 600 kvadratmetr ərazi yoxlanılıb.

Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Bir ədəd 122 millimetrlik partlamamış top mərmisi və 3 partlamış sursat aşkarlanıb, 10 min kvadratmetr ərazi yoxlanılıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 5 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib. Bir ədəd 82 millimetrlik partlamamış minaatan mərmisi və 11 partlamış sursat aşkar olunub. Nəticədə 1100 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 13 partlayış yerinə baxış keçirilib. Nəticədə 13 partlamış sursat aşkar edilib və 2550 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Ballar kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Bir partlamış sursat aşkar edilib və 2 min kvadratmetr ərazi yoxlanılıb.

Yusifcanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Bir partlamış sursat aşkar olunub və 2 min kvadratmetr ərazi yoxlanılıb.

Aprelin 21-də agentlik tərəfindən 10 ev, 2 partlamamış hərbi sursat (1 ədəd 122 millimetrlik top mərmisi və 1 ədəd 82 millimetrlik minaatan mərmisi) aşkarlanıb, 39 partlayış yeri, 2 əkin sahəsi və 32 min 250 kvadratmetr ərazi yoxlanılıb.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.