XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 00:40

Lavrov artıq Yerevandadır –Sərkisyanla danışacaq

lavrov-serkis-1

Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparmaq üçün Yerevana iki günlük səfərə gəlib.

APA-nın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Yereana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müəyyən təkliflər irəli sürəcəyini bildirib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”, -deyə Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib.

“Söhbət müəyyən niyyətlərdən, nizamlanmaya dair müxtəlif ideyaların müzakirəsindən gedir. Lakin bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”, – deyə Zaxarova vurğulayıb.