XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 11:43

Parlament seçkilərinin dəqiq vaxtı bilindi

Bu il Azərbaycanda Milli Məclisə (MM) seçkilər keçiriləcək.

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.
2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Report”a bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək.